özü özünə ağa

one’s own master / master of oneself сам себе хозяин / Ср. своя рука владыка
Özü öz ağasıdır.
özü özünə quyu qazmaq
OBASTAN VİKİ
Özü
Oçakov (ukr. Очаків, rus. Очаков) və ya Özü (osman. اوزی Özî/Özü, krımtat. Özü) — Ukraynanın cənubundakı Nikolayev vilayətində kiçik bir şəhər. Şəhərin adı Dnepr çayının şərəfinə qoyulub. Şəhərin əsası 1492-ci ildə Krım tatarları tərəfindən qoyulub. Özü də Ağkərman şəhərinə uyğun gələn Qarakərman adlanırdı. 1493-cü ildə rus kazakları tərəfindən işğal olunan Ozü 1502-ci ildə Osmanlılar tərəfindən geri alındı. Strateji əhəmiyyətinə görə, Ozü uzun müddət Polşa-Litva Birliyi, Zaporojya Schi və Osmanlı İmperiyası arasında onu əldə etmək və ya saxlamaq üçün rəqabətin keçirildiyi bir yer olmuşdur.
Özünə qəsd
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.
Özü düşən ağlamaz
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Öz-özünə tozlanma
Bir çiçəkdə olan erkəkcik tozcuğunun həmin çiçəkdəki dişicik ağızcığına düşməsi prosesi öz-özünə tozlanma adlanır. Öz-özünə tozlanan bitkilərdə həm dişiciyi, həm də erkəkciyi olan ikicinsli çiçəklər olur. Bu bitkilərin çiçəklərində erkəkcik və dişiciklərin yetişməsi eyni zamanda baş verir. Erkəkciklər, əsasən, dişicikdən yuxarıda yerləşir. Öz-özünə tozlanan bitkilərin çiçəkləri əsasən ətirsiz, görkəmsiz və nektarsız olur. Buğda, arpa, darı, çəltik, vələmir, noxud kimi öz-özünə tozlanan bitkilərdə tozlanma çiçək açılmazdan əvvəl — qapalı çiçəkdə gedir. Pambıq, çətənə, kətanda isə tozlanma çiçək açıldıqdan sonra baş verir.
Özünə qaytarmaq (proqram)
Özünə qaytarmaq (en. recover) – xətadan sonra dayanıqlı duruma dönmək; məsələn, proqramın xətadan sonra özünə qayıtması, yəni insanın müdaxiləsi olmadan öz-özünə sabitləşməsi və yerinə yetirilməsi. Özünə qaytarma proqramları korlanmış informasiyaları axtarıb tapmağa və onların qurtarılmasına kömək edir. Xətadan sonra verilənlər bazasının özünə qaytarılması zamanı onun əvvəlki stabil durumuna qayıdılır. Düzəldiləbilən xəta (en.recoverable error)– proqramın özünün uğurla düzəldə bildiyi (məsələn, ədədin yerinə hərf daxil edildikdə) xətadır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Ağa
Ağa — Azərbaycanlı kişi adı. Ağa Əlizadə — Qafqaz müsəlmanlarının VIII Şeyxülislamı Ağa Aşurov — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü Ağa Axundov — mühəndis, energetik. Ağa Hacı Molla Tağızadə — Azərbaycan şairi Ağa Yaqub Erməni — Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri Ağa Əliyev — Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağa Ağamirov — Ağa Mustafayev — Ağa Paşa Qarabaği — Digər Ağa hamamı — Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam.
Həqiqətin özü (film, 2008)
== Məzmun == Film ermənilərin Türkiyədə, o cümlədən Cənubi Qafqazda törətdiyi soyqırım faktlarından bəhs edir. Filmdə Birinci Dünya müharibəsində imperiya güclərinin oyununa çevrilən ermənilərin bütün dünyaya car çəkdikləri qondarma erməni soyqırımı və eləcə də günümüzün problemi sayılan Dağlıq Qarabağ haqqında yaydıqları uydurma bəyanatların hansı mənbədən qaynaqlandığı ortaya qoyulur. == Film haqqında == Filmdə Rusiya Dövlət Foto-Kino Arxivindən, Azərbaycan Dövlət Foto-Kino Sənədlər Arxivindən, Gürcüstan Dövlət Arxivindən, Türkiyə Cümhuriyyəti Baş Nazirlik Arxivindən, Osmanlı Arxivlərindən, "Sarı Gəlin" türk sənədli filmindən materiallar, həmçinin Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən, eləcə də türk etnik musiqisindən parçalar və "Fətəli xan" filmindəki kadrlardan istifadə edilmişdir. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Salnamə" sənədli filmlər studiyası tərəfindən aparılan iki ilə yaxın araşdırma nəticəsində ərsəyə gəlmişdir. Çəkilişlər 2007-ci ilin əvvələrindən başlamışdır. Çəkilişlər 1 il çəkmişdir. Film osmanlı və azəri türkcəsində ərsəyə gəlmişdir. Filmdə Rusiya, Türkiyə, İngiltərə, Gürcüstan və Azərbaycanın tarix, foto-kino arxivlərindən işıq üzü görməyən kinoxronika və digər sənədlər öz əksini tapıb ki, bu da filmin əsas qayəsini təşkil edir. Rusiya arxivlərində yatan, bu məsələni araşdıran tarixçilərin heç vaxt görmədiyi unikal kinolentlər ekrana gətirilmişdir. Bütün bunlarla bərabər tanınmış tarixçilər də filmdə öz sözünü deyir.
Özü düşən ağlamaz (serial)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Özünə nifrət edən yəhudi
"Özünə nifrət edən yəhudi" və ya avtoantisemit (ivr. ‏אוטואנטישמי‏‎, oto'antishémi; feminen forması – ivr. ‏אוטואנטישמית‏‎, oto'antishémit) — hər hansı bir konkret məsələyə baxışı antisemitizm kimi qəbul edilən yəhudini təsvir etmək üçün istifadə edilən peyorativ termin. Bu termin XXI əsrdə xüsusilə sağçı baxışları olan insanlar tərəfindən solçu baxışları olan və ya öz siyasi baxışlarına zidd olaraq qəbul edilən digər yəhudilərə qarşı peyorativ şəkildə geniş şəkildə tətbiq edilmişdir. Anlayışın tanınması Almaniya yəhudilərindən olan filosof Teodor Lessinq tərəfindən 1930-cu ildə "Der jüdische Selbsthaß" (hərf. Yəhudi özünə nifrəti) kitabı nəşr edildikdən sonra geniş vüsət almışdır. Lessinq burada yəhudi ziyalıları arasında iudaizm haqqında fikirlərini ifadə edərək antisemitizmi qızışdırmağa yönəlmiş bir meyli izah etməyə çalışmışdır. İndiki dövrdə yəhudi diasporu daxilində özünə nifrətdən qaynaqlanan antisemitizm bəzi yəhudilərin Ərəb–İsrail münaqişəsini dərk etmələrinə görə öz kimliklərinə nifrət etmələri fonunda "Soyuq müharibə dövründə sionizmlə bağlı müzakirələrdə və ondan kənarda açar opprobrium termininin bir hissəsinə" çevrildiyi deyilir. Ronald Hendelə görə, yəhudilərin əcdadları olan İsrail övladları əcdadlarının adət-ənənələrini "yad" və "təhlükəli" kimi təsvir edərək Kənan irsini adətən rədd edirdilər. Filip Bohstrom İsrailin əcdadı olan İbrahimin amorey olduğuna inanır, lakin bu, sonradan amoreylərə qarşı Mesopotamiya qərəzlərini qəbul edən "Bibliya" müəllifləri tərəfindən anlaşılmaz hala gətirilmişdir. Gili Kluger iddia edir ki, "Bibliya"da Amalek övladları haqqında rəvayətlər İsrail xalqı arasında özünə nifrət hissini əks etdirir.
Abbas ağa
Abbas bin Əbdürrəzzaq (türk. Abbas bin Abdürrezzak) və ya sadəcə Abbas ağa (v. Qahirə) — Osmanlı sultanı IV Mehmet dövründə Topqapı sarayında qızlar ağası. == Həyatı == Abbas ağa Tuxan Xədicə Sultanın başağası idi və Müslih ağanın vəfatı ilə 9 aprel 1668-ci ildə qızlar ağalığına təyin edilmişdir. O, 16 iyul 1671-ci ildə işdən çıxarılaraq Misirə göndərilmişdir. Abbas ağa Misirdə vəfat etmişdir. O, qəbri Qahirədə İmam Şafii türbəsinin yaxınlığındadır.
Gövhər ağa
Gövhər ağa (əsil adı Gövhərnisə bəyim) (1790—1888) — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır. Şəki xanı Cəfərqulu xan Xoyskinin xanımı olmuşdu. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli, ahıl yaşlarında isə Qarabağda öz dövrünün məşhur xeyriyyəçilərindən biri hesab edilmişdi. Övladı olmamış, bacısı oğlu Süleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, oğulluğa götürmüşdü. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi. == Həyatı == Müasirləri Gövhər ağanı Cənubi Qafqaz gözəli hesab ediblər. Deyilənlərə görə məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunmuşdur. Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində, bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə bacısı Gövhər ağanı ərə vermişdi. Elə həmin ilin - 1806-cı ilin, sonunda Cəfərqulu xan Xoyski Şəki xanı təyin edilir.
Hatəmxan ağa
Həsən ağa
Həsən ağa (XVIII əsr, Şəki – Şəki) — Şəki xanzadəsi. I Şəki xanı Hacı Çələbi xanın oğlu, II Şəki xanı Ağakişi bəyin qardaşı, III Şəki xanı Məhəmmədhüseyn xanın atası.
Mahmud ağa
Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə (1826, Şamaxı – 12 mart 1896, Şamaxı) — bütün Qafqazda tanınmış musiqi xadimi, sənəti, şeiri, musiqini sevən, əliaçıq, qonaqpərvər bir mesenat – incəsənət himayəçisi idi. == Həyatı == O, musiqiçilərin qayğısına qalır, onlara maddi köməyini əsirgəmirdi. O dövrdə Qafqazın bütün məşhur xanəndə və tarzənləri Mahmud ağanın məclisində iştirak edirdilər. Şamaxı şəhərinin abadlaşdırılmasında onun müstəsna xidmətləri olmuşdur. Mahmud ağa görkəmli musiqişünas kimi tanınıb, mahir tar çalırmış, muğam bilicisi idi. O, həm də gözəl avazla pəsdən oxuyurmış. Bu dövrdə Şamaxıda Seyid Əzim Şirvaninin başçılıq etdiyi "Beytüs-Səfa" adlı ədəbi məclis də fəaliyyət göstərirdi. Mahmud ağa həmin məclisin üzvlərinə himayədarlıq edirdi. Seyid Əzim Şirvani ilə dostluq əlaqələri saxlayırdı. Özü də şeiri, musiqini çox sevirdi, gözəl tar çalır və muğamları pəsdən oxuyurdu.
Miriş Ağa
Miriş Ağa (əsl adı: Ağa Mirağa; v. 1906, Naxçıvan) — el ağsaqqalı. Ulu babası orta əsrlərdə Yaxın Şərqdən Naxçıvana gəlmiş Şəms İbn Min əl-Əms adlı müqəddəs bir şəxs olmuşdur. Miriş ağa onun nəslinin son görkəmli nümayəndəsi olmuşdur. "Miriş" soyadı da onun adı ilə bağlı yaranmışdır. Xalqın inam və etiqad yeri olan Miriş ağa şəhərin erməni və rus icmalarının etimadını qazanmışdır. Deyilənə görə, Miriş ağa rəhmətə gedənə qədər Naxçıvan xanı Cəfərqulu və rus keşişi hər il Novruz bayramında ağanın evinə gəlib, onu təbrik edərmişlər. Naxçıvan Dövlət Arxivində saxlanan bir sənəddə deyilir ki, 1905-ci ilin ortalarında Cəhri kəndində qanlı erməni-müsəlman qırğınının qarşısı məhz Miriş ağanın övladları Mir Cəfər, Mir Həsən və Mir Aqilin Naxçıvanda maarif və mədəniyyətin inkişafında mühüm xidmətləri olmuşdur. 1906-cı ildə Naxçıvanda vəfat etmişdir. Naxçıvan Ensiklopediyası.
Mirmöhsüm Ağa
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər. 40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir.
Nurlan Ağa
Səməd ağa
Səməd ağa Vəli ağa oğlu Nəsibbəyov və ya Səməd ağa Kəsəmənli (1868, Zod, Yeni Bəyazid qəzası – 2 may 1918, Basarkeçər) — Göyçənin varlı bəylərindən, xeyriyyəçi. Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 1868-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Atası Vəli ağadaan təsərrüfat işlərini öyrənmiş böyük var dövləti, geniş əraziləri olmuşdur. Böyük Məzrədən başlamış ta Kəlbəcərin Dəmirçidam kəndinə qədər və Dərə kəndi onun ixtiyarında olmuşdur. Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir. O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz üzərinə götürür. O həm də Mirzə Bəylərin və Hacı Əliş ağanın vasitəçiliyi ilə “Molla Nəsrəddin” jurnalının Göyçədə yayılmasına geniş imkan yaradanlardan biri olmuşdur. Daşnak generalı Sulikovun öldürülməsi tədbirinin təşkilatçısı olmuşdur. 2 may 1918-ci ildə Daşnak generalı Sulikovun başçılıq etdiyi terror qrupu zodlu (Göyçə mahalı) Səməd ağanı qətlə yetirirlər.
Zaro Ağa
Zaro Ağa (kürd. Zaro Axa; 16 fevral 1764 və ya təq. 1824 – 29 iyun 1934, İstanbul) – Türkiyənin ən uzunömürlü şəxsi. 157 il yaşamışdır. Bəzi mənbələrə görə isə dünyanın ən uzunömürlü şəxslərindən biridir. Kürd əsillidir. Zaro Ağa ömrü boyunca 10 Osmanlı hökmdarı, 1 Türkiyə prezidenti və 5 Türkiyə baş nazirinin hakimiyyətinə şahidlik edib. Zaro Ağanın neçə dəfə evlənməsi barədə məlumatlar mənbələrə görə dəyişir: 10, 13, 27 və 29 dəfə evləndiyi barədə mənbələr var. Sonuncu həyat yoldaşının adı Qüdrət idi. Zaro Ağanın 13 uşağı (bəzi mənbələrdə 36), 26 nəvəsi (dəqiq bilinkir), 29 kötükcəsi olmuşdur.
Ziya Ağa
Ziya Ağa (16 mart 1991, Muradbəyli, Ağdam rayonu) — aktyor, arxiv kadrlarda və filmlərdə iştirak edən. Akademik Milli Dram Teatrının aktyoru, Yuğ Dövlət teatrının aktyoru,"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş rejissoru (2021–2022). Prezident mükafatçısı. Ziya Ağa 1991-ci ildə Ağdam şəhəri Muradbəyli kəndində anadan olub.2009–2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. İkinci təhsil olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatr və kino aktyoru" ixtisası üzrə bakalavr və magistr təhsili alıb. İlk dəfə 2013-cü ildə rejissor Pərviz Seyidlinin quruluş verdiyi festival üçün nəzərdə tutulmuş "Sus" qısa metrajlı bədii filmdə əsas rollardan birinə çəkilib. Daha sonra 2013-cü ildə İlqar Fəhminin ssenariləşdirdiyi "Qurbağa" adlı qısa metrajlı bədii filmə dəvət alıb və uğurlu bir obraz canlandırıb."Arzuların ardınca"adlı tammetrajlı bədii filmində əsas obraza çəkilərək tanınmağa başlayıb. Ziya Ağa teatr aktyoru fəaliyyətində ilk öncə "Səda" Tədris Teatrının səhnəsində bir çox rolları ifa edib. Daha sonra bir müddət "Yuğ"dövlət teatrının nəznində yerləşən laboratoriyada aktyor kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının əməkdar artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr" da fəaliyyətini davam etdirib.2017-ci ildə yaranmış müstəqil Human Teatrınında çalışıb.
Züğürt Ağa
Züğürt Ağa — Nesli Çölgeçenin rejissorluğu ilə 1985-ci ildə çəkilmiş Türkiyə istehsalı dram filmi. Filmdə Türkiyədə feodalizmin süqutundan bəhs edilir. Burada Şənər Şenin canlandırdığı Züğürt Ağa obrazı Haraptar kəndində ev sahibidir. Sonradan kəndə işləmək üçün gələn hiyləgər Kekeç Salman quraqlıq səbəbilə kifayət qədər məhsul yığa bilməyən kənd camaatını Ağanın mallarını oğurlayıb bu malları sataraq İstanbula köçmələrini təşkil edir. Əlində az olan, mərabəsini itirən Ağa kənddən şəhərə köçmüş, ailəsi ilə birlikdə İstanbulda yeni həyat qurmağa çalışmışdır. 1986 Antalya Qızıl Portağal Film Festivalı,En İyi Yardımcı Kadın Oyuncu — Füsun Dəmirəl 1986 Antalya Qızıl Portağal Film Festivalı, En İyi Müzik — Atilla Özdemiroğlu 1986 İstanbul Film Festivalı, En İyi Türk Filmi — Nesli Çölgeçen Filmin Haraptar kəndində baş tutan səhnələrinin çəkilişləri 1985-ci ilin payızında Şanlıurfanın Sultantəpə kəndində aparılmışdır.
Mətləb Ağa
Mətləb Ağa — Azərbaycanlı yazıçı–şair, bəstəkar və hüquqşünas. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997-h.h.) Azərbaycan Respublikası Baş Prokurorluğunun şöbə prokurorudur. Ədliyyə müşaviri xüsusi rütbəsindədir. Əli bəy Hüseynzadə mükafatı laureatıdır. Ağayev Mətləb Rəfail oğlu 23 yanvar 1975-ci ildə Salyan rayonunun Beşdəli kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. AYB-nin elə həmin ildəki X və 2014-cü ildəki XII qurultayının iştirakçısı olub. 2014-cü ildə "AzVision" saytının Azərbaycanın ədəbiyyat nümayəndələri arasında keçirdiyi sorğuya əsasən Müstəqillik dövrünün ən yaxşı şairlərindən biri kimi qeyd edilib. 2016-cı ildə "Sözün işığı" jurnalının təsis etdiyi mükafata layiq görülüb.
Ağa Xan
Ağa Xan — İsmaili dini icmasının başçısı və Nizarinin irsi titulu . İran şahı Fəth Əli şah bu titulu qızı Fatimə vasitəsilə Məhəmməd peyğəmbərin nəslindən sayılan Kirman hakimi (1800-1881) kürəkəni Əbülhəsənə verib . Lakin sonra I Ağa Xan 1838-ci ildə İranda uğursuz üsyana rəhbərlik etdikdən sonra Əfqanıstan və Sindhə qaçdı . Böyük Britaniyanın dəstəyini qazanaraq Bombeydə məskunlaşmağı bacardı . Əbül Həsənin nəvəsi Sultan Məhəmməd şah (1877-1957), Ağa Xan III Hindistanın siyasi həyatında mühüm rol oynamış , müsəlman əhalidən Britaniya müstəmləkəçiliyinə dəstək almağa çalışmış , xüsusən də bütün dövlətlərin prezidenti olmuşdur. == Ağa Xan İnkişaf Şəbəkəsi == 1967-ci ildə İsmaili İmaməti tərəfindən yaradılmış, bir çox beynəlxalq təşkilatlarla, o cümlədən BMT, BMTİP, BMT-nin Narkotiklərə Nəzarət Proqramı, Dünya Bankı və s., eləcə də bir çox dövlətlərlə əməkdaşlıq edən ən böyük beynəlxalq özəl təşkilatlardan biridir. 1998-ci ildə təşkilat Qazaxıstanla əməkdaşlığa başlayıb, 31 avqust 2000-ci ildə Ağa Xanın Qazaxıstana ilk səfəri baş tutub və nəticədə Tacikistanın iştirakı ilə Orta Asiya Universitetinin yaradılması haqqında Müqavilə imzalanıb .
Ağa Zeynallı
Ağa Hacıbala oğlu Zeynallı (20 iyun 1952, Kürdəmir – 31 may 2023, Kürdəmir) — Azərbaycan tarixçisi, tədqiqatçı. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ağa Zeynallı 20 iyun 1952-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. Orta təhsilini keçmiş 13 saylı, indiki 6 saylı dəmiryol orta məktəbində almışdır. 1977-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca tarixçidir. Ağa Zeynallı 31 may 2023-cü ildə Kürdəmir şəhərində vəfat etmiş, orada da dəfn olunmuşdur. == Fəaliyyəti == Kürdəmir tarixinin tədqiqinə tələbəlik illərindən başlamışdır. XX əsrin 80–90-cı illərində mətbuatda bununla bağlı silsilə yazıları dərc edilmişdir. 15-ə qədər kitabın müəllifidir.
Ağa Petros
Ağa Petros və ya Bazlı Petros Eliya (süry. ܐܝܠܝܐ ܦܹܛܪܘܼܣ; 4 aprel 1880 – 2 fevral 1932, Tuluza) — aysor hərbi lideri. O, Birinci Dünya müharibəsindəki fəaliyyətləri ilə tanınır. == Həyatı == Petros Eliya 1880-ci ildə Osmanlı imperiyasının Aşağı Baz kəndindən idi. İbtidai təhsilini orada almış, sonra İranın Urmiya şəhərində Avropa missioner məktəbinə getmişdir. Təhsilini başa vurduqdan sonra yenidən yaşadığı Baz kəndinə getmiş və orada müəllimlik etmişdir. Süryanicə, türkcə, ərəbcə, fransızca, farsca, kürdcə, ingiliscə və rus dilləri də daxil olmaqla bir çox dilləri bildiyi üçün Osmanlılar tərəfindən katib, 1909-cu ildə isə qısa müddətə Urmiya konsulluğu vəzifəsinə təyin edilmişdir. Bəzi tarixçilər hesab edirlər ki, Petros Eliya sadəcə öz ambisiyaları ilə maraqlanırdı. Müttəfiqlərin hərbi məsləhətçiləri onun Mar Şimuna qarşı hiylə qurduğunu, Müttəfiqləri ona etibar etməkdən çəkindirməyə çalışdığını bildirmişdilər. Müttəfiqlər tərəfindən də ona etimad göstərilmədiyi bildirilir.